“Qarabağ” BOS-da cəmi 1 məşq edəcək

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Amma hələ ki BOS qitənin ən nüfuzlu turnirini qəbul etməyə hazır deyil.

Newsport.az-ın məlumatına görəməsələ burasındadır ki, böyük idman yarışlarına ev sahibliyi etmiş Bakı Olimpiya Stadionunun ot örtüyü yaxşı vəziyyətdən çox uzaqdı. Ot yaşıl olsa da, bu oyunun keçirilməsi üçün kifayət etmir. UEFA “Qarabağ”ın BOS-da oynamasını təsdiqlədikdən sonra stadionunda işlərə start verilib. Bizdə olan məlumata görə, stadionun ot örtüyü 25 sentyabra qədər hazır vəziyyətə gətiriləcək. Bu isə o deməkdir ki, “Qarabağ” Olimpiya stadionunda cəmi 1 məşq keçirmək imkanına malik olacaq. 

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin ilk oyununu 27 sentyabr tarixdə “Roma”ya qarşı keçirəcək.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right