Birinci divizion: Hansı klubların iştirakı dəqiqdir?

Azərbaycan Premyer Liqasının IV turu ərəfəsində olsaq da, I Diviziondan səs-soraq yoxdu. Əslində, səs-soraq var, amma heç nə dəqiq deyil. Məsələ burasındadır ki, AFFA və PFL I Divizionda iştirak edəcək klubları əməlli-başlı araşdırır, maliyyə dayaqlarını, sponsorlarını yoxlayırlar.

Newsport.az saytının məlumatına görə, I Divizionda 14 komandanın iştirakı reallaşa bilər. Artıq oynayacağı dəqiqləşən klublar da var. Bunlar: MOİK, “Bakılı”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Zaqatala”, “Şüvəlan”, “Şahdağ”, “Binə”, “Göyçə”, “Vətən”, “Mil-Muğan”, “Göyəzən” kimi klublardır. “Xəzər”, “Energetik”, “Karvan” kimi klublar isə hələ ki öhdəlikləri tam yerinə yetirməyiblər.

Bizdə olan məlumata görə onlar da yaxın günlərdə sənədlərini təqdim edəcəklər. I Divizion iştirakçılarının yekun siyahısı isə AFFA və PFL rəhbərlərinin ümumi görüşündən sonra təsdiqlənəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right