"Neftçi" daha bir yoxlama matçı keçirəcək

"Neftçi" Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edərək, daha bir yoxlama görüşü keçirəcək. Newsport.az xəbər verir ki, "ağ-qaralar" əvəzedici heyətləri ilə üz-üzə gələcəklər.  

Görüş sentyabrın 6-da keçiriləcək. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq oyun saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” ilk yoxlama matçında MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right