Millimizin oyunu macarıstanlı hakimlərə tapşırıldı

21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İrlandiya oyununa hakim təyinatları açıqlanıb. 

Newsport.az xəbər verir ki, matç macarıstanlı hakimlər briqadasına tapşırılıb.  qarşılaşmanı Sandor Szabo idarə edəcək. Ona Peter Kobor və Balaj Szert yardımçı olacaqlar.

Dördüncü hakim funksiyasını isə Balaj Berke yerinə yetirəcək.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İrlandiya görüşü saat 19:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right