Millimiz San Marinonu darmadağın etdi Yenilənib

Bu gün DÇ-2018-in seçmə mərhələsində 8-ci turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, C qrupunda mübarizə aparan milli komandamız da növbəti oyununa çıxacaq. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda San Marinonu qəbul edəcək. Ardıcıl 4 oyundur məğlub olan komandamız bu gün qalib gəlməklə  5-ci yerdən 3-cü yerə yüksələ bilər. Bunun üçün qrupdakı rəqiblərimizdən Norveç Almaniya ilə oyunda xal itirməli, Çexiya isə Şimali İrlandiyaya uduzmalıdır. 

4 sentyabr

DÇ-2018 seçmə mərhələsi

8-ci tur


C qrupu
 
20:00. Azərbaycan – San Marino 5-1

Qollar: Əfran İsmayılov, 21 (1-0). Araz Abdullayev, 24 (2-0). Əfran İsmayılov, 57 (3-0) Miçel Cevoli,71.ö.q (4-0) Mirko Palazzi, 74 (4-1). Rəşad Sadıqov, 81 (5-1)
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milutin Djukiç, Yovitsa Tatar
Bakı. 8-ci km stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right