"Qələbə qazanmalıyıq. Baqşa yol yoxdu" - Tərlan Quliyev

Azərbaycan milli komandasının futbolçusu Tərlan Quliyev 2018-ci il dünya çempionatının seçmə mərhələsində San-Marino yığmasıyla sabahkı ev oyunu ilə bağlı düşüncələrini bölüşüb.

Newsport.az-ın məlumatına görə, matç öncəsi mətbuat konfransında iştirak edən "İnter"in müdafiəçisi rəqibin son matçını izlədiyini bildirib:

"San-Mariono Şimali İrlandiyayla matçda 70 dəqiqə qol buraxmadı, hesab 0:0 idi.Bu da onu göstərir ki, rəqibimiz yaxşı müdafə olunur. Sabah çətin oyun olacaq. Çalışıb qələbə qazanmalıyıq. Baqşa yol yoxdu".

Qeyd edək ki, Azərbaycan - San Marino oyunu sabah saat 20:00-da, 8-ci km stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right