Jurnalist Daumun mətbuat konfransına tilovla gəldi

Rumıniya millisinin baş məşqçisi Kristof Daum mətbuat konfransında çətin vəziyyətlə üzləşib.

Newsport.az-ın məlumatına görə, almaniyalı mütəxəssisə mətbuat konfransında yerli “Gazete Sporturilor” qəzetinin əməkdaşı tərəfindən balıq tutmaq üçün qarmaq verilib.

Jurnalistin bunu etməsinə səbəb, Daumun müsahiblərinin birində həmin qəzetin yalnız balıq bükmək üçün yararlı olduğunu deməsi olub.

Xatırladaq ki, Rumıniya millisi hazırda seçmə mərhələdə 6 xalla 4-cü pillədə qərarlaşıb. Yığma keçirdiyi 6 oyunun sadəcə, 1-də qalib gəlib. Bir müddətdi Rumıniya mətbuatının sərt tənqidlərinə məruz qalan Daum, Çili ilə yoxlama oyunundan (3:2) sonra jurnalistlərə “Bəzən sizdən daha artıq rumın olduğumu düşünürəm. Bu ölkə və insanlar üçün yaxşı nə isə etmək istəyirəm, lakin siz heç kömək olmursuz. Sadəcə, parçalamaq istəyirsiz” demişdi. Bundan sonra ona qarşı tənqidlər daha da güclənmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right