Prosineçki millinin heyətini açıqladı

Futbol üzrə Azərbaycan millisinin Norveç və San Marino ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb.

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki qarşıdakı oyunlara 25 futbolçu dəvət edib. Onların arasında ilk dəfə "Zirə"dən dəvət alan Təmkin Xəlilzadə də var. 

Qapıçılar: Kamran Ağayev (“Mlada Boleslav”, Çexiya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“Neftçi”)
Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov, Ruslan Abışov (hər ikisi “Netçi”), Ürfan Abbasov (“Qəbələ)
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov, Riçard Almeyda, Mahir Mədətov (hamısı “Qarabağ”), Təmkin Xəlilzadə (“Zirə”), Dmitri Nazarov (“Aue”, Almaniya), Araz Abdullayev (“Anortosis”, Kipr)

Hücumçular: Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Namiq Ələsgərov (“Neftçi”), Ramil Şeydayev (“Jlina”, Slovakiya), Renat Dadaşov (“Ayntraxt”, Frakfurt, Almaniya)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right