"Marca" qəzeti növbəti dəfə "Qarabağ"dan yazdı

İspaniyanın məşhur “Marca” nəşri Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”la bağlı yazı hazırlayıb.

Newsport.az-ın məlumatına görə, yazıda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla yanaşı, bu komandanın ispan yarımmüdafiəçisi Miçel və onun həmyerlisi olan məşqçi Ruben Sellesin fikirlərinə də yer verilib.

Məqalədə “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərinin ermənilər tərəfindən işğal edildiyi, buna görə, komandanın uzun müddətdi doğma “İmarət” stadionunda oynamadığı qeyd edilib. “Qarabağ”ın son illərdə qazandığı uğurlarla müharibənin acısını yaşamış və Ağdamdan ayrı düşmüş insanlara təsəlli olduğu vurğulanıb. Miçel qəzetə açıqlamasında “Biz öz uğurlarımızla bütün bu insanları sevindirməliyik” deyib.

“Qarabağ”ın uğurlarında komandanın baş məşqçisi Qurban Qurbanovun rolu da xüsusi vurğulanıb. Yazıda 45 yaşlı mütəxəssisin 8 ildi komandanın “sükanı arxasında” olduğu qeyd edilib. “Köhlən atlar”ın oyun tərzi barədə də bəhs edilib. Belə ki, yazıda “Qarabağ”ın oyun tərzinin “Barselona”ya bənzədiyi, buna görə, bu komandanın “Qafqazın “Barselona”sı” adlandırıldığı vurğulanıb.

Miçel komandanın oyun tərzi barədə “Bu günə kimi bir çox komandada oynamışam, lakin heç vaxt özümü burdakı kimi hiss etməmişəm. Mənə burda çalışmaq çox xoşdu. Qvardiolanın necə işlədiyini öyrəndim” deyib.

Xatırladaq ki, iki gün öncə də “Marca”da “Qarabağ” barədə yazı çıxmışdı. Separatçı ölkələri təmsil edən klublar barədə yazıda Ağdam klubunun Dağlıq Qarabağda ermənilər tərəfindən yaradılmış qondarma respublikanın təmsilçisi kimi göstərilmişdi. Klubun həmin yazıya görə “Marka”ya göndərdiyi etiraz məktubundan sonra səhv düzəldilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right