"İnter"in futbolçusu "Səbail"lə matçı da buraxacaq

Transfer etmək qadağasına məruz qalan “İnter”də heyət onsuz da məhduddu. Hansısa futbolçunun zədələnməsi isə bakılıları daha pis vəziyyətdə qoyur.

Newsport.az-ın məlumatına görə, cari mövsüm hələ də bu səbəbdən debüt edə bilməyən Fuad Bayramov 3-cü turda da meydana çıxa bilməyəcək.

Topuq bağlarında zədə olan yarımmüdafiəçi hələ məşqlərə başlamayıb. Məhz bu səbəbdən o, “Səbail”lə matçı buraxmalı olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma 18:00-da, “İnter Arena”da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right