UEFA-nın yeni retinqi: Azərbaycan gerilədi

UEFA-nın yeni reytinqi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, ötən gün Çempionlar Liqasında keçirilən 5 oyundan sonra siyahıda dəyişikliklər baş verib. “Seltik”in ÇL-in qrup mərhələsinə vəsiqə qazanaması ilə Şotlandiya 22-ci sıraya yüksəlib. Bu səbəbdən Azərbaycan 23-cü pilləyə düşüb. Ölkəmizin son 5 mövsümə əsasən hesablanan reytinq xalı 17,625-dir. 

Bu axşam “Qarabağ” səfərdə ÇL-in qrupuna vəsiqə qazanarsa, Azərbaycanın hesabına 1.000 bonus xalı əlavə ediləcək. Bundan başqa, qazanılacaq mümkün qələbə və ya heç-heçəyə görə də müvafiq olaraq hesabımızı 1.250 və ya 1.125 xal zənginləşdirə bilərik.

Qeyd edək ki, cari mövsüm qazanılan 2.875 xalın 1.125-ini “Qarabağ”, 0.750-ni “İnter”, 0.625-ni “Zirə” və 0.375-ni isə “Qəbələ” qazanıb. 

Qeyd edək ki, siyahıya 90,141 xalla İspaniya başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right