Vurğun Hüseynov fərdi məşqlər edir

Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” bir günlük istirahətin ardından məşq prosesini bərpa edərək “Zirə” ilə oyunun hazırlığına start verib.

Newsport.az-ın məlumatına görə, bu gün saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxan Samir Abasovun yetirmələri əsasən toplu çalışmalara üstünlük verib. Zədə səbəbindən “Kəpəz” və “Qəbələ” ilə oyunlarda iştirak etməyən kapitan Vurğun Hüseynov isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, 3-cü turda “Zirə” ilə oyun 26 avqust tarixində Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right