“Zirə” – “Səbail” oyunu yenidən keçiriləcək

Azərbaycan Premyer Liqasının 3-cü turundan sonra milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yaranacaq. 3-cü turun “Sumqayıt”la keçiriləcək görüşündən sonar 3 gün istirahətə buraxılacaq “Zirə” fürsətdən istifadə edib yoxlama  oyunu keçirəcək.

Newsport.az-ın məlumatına görə, “Zirə” 2 sentyabr tarixdə “Səbail” ilə üz-üzə gələcək. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ilk turunda bu komandalar üz-üzə gəliblər. Oyun “Zirə”nin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right