"Səbail" "Dalğa Arena"da məskunlaşdı

"Səbail”in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu, Mərdəkan qəsəbəsində, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena”dır. Komandanın ev oyunlarını keçirməli olduğu Bayıl stadionunda hazırda təmir-bərpa işləri aparılır. "Səbail" "Dalğa Arena"dan Bayıl stadionunda təmir prosesi yekunlaşana və arena oyunlarının keçirilməsinə hazır olana qədər yararlanacaq. 

Qeyd edək ki, "Səbail" Azərbaycan Premyer Liqanın ikinci turunda "Neftçi"ni "Dalğa Arena"da qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right