"Neftçi" tarixinin ən uğursuz startı

Azərbaycan çempionatlarının daimi iştirakçısı olan iki klubdan biri “Neftçi” antirekorda imza atıb. 

Newsport.az-ın məlumatına görə, Bakı klubu mövsümün startında ardıcıl iki məğlubiyyət alıb. Elxan Abdullayevin yetirmələri ilk turda “Qarabağ”a 1:3, ardınca “Səbail”ə 0:1 hesabı ilə uduzub.

Bu, “ağ-qaralar”ın Azərbaycan çempionatları tarixində ən uğursuz startıdı. “Neftçi” 26-cı mövsümdü çıxış etdiyi yarışın tarixində startda 2-dən artıq məğlubiyyət almayıb. İndiyədək yalnız 1 dəfə ilk iki oyunu uduzan bakılılar 2008/09 mövsümündəki uğursuzluğu yaşayıb.

Ikinci dəfə çempionata 2 məğlubiyyətlə başlayan “Neftçi” 9 il əvvəl daha yaxşı top fərqinə malik idi. Həmin vaxt “Neftçi” “Standard” və “Bakı” ilə görüşlərin ikisində də 0:1-ə üzülmüşdü. 3-cü turda isə “ağ-qaralar” “Qəbələ”ni eyni hesabla udub, seriyaya son qoymuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right