Elvin Məmmədov: "Yaxşı oynayıb uduzmağın nə faydası var?" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qəbələ" evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.
 

Newsport.az-ın məlumatına görə, oyundan sonra meydan sahiblərinin yarımmüdafiəçisi Elvin Məmmədov əməkdaşımızın suallarını cavablandırıb.
 
- Çempionatın ikinci oyununda da qalib gəldik. Qələbə seriyasını davam etdirmək istəyirik. “Qarabağ”la oyuna ciddi hazırlaşacağıq.
 
- Qələbəni çətin əldə etdiyinizi demək olar?
- Əlbəttə, asan olmadı. İlk turu analiz edəndə görünürdü ki, “Sumqayıt” “Kəpəz”dən yaxşı oynamışdı. Rəqibimiz yaxşı komandadır. Gənc futbolçular heyətlərində çoxluq təşkil edir.
 
- “Qəbələ”yə tam uyğunlaşmısan?
- Adaptasiyada çətinlik yoxdur. Azərbaycan çempionatında oynayırıq. Çətinlik yoxdu.
 
- İstənilən “Qəbələ”ni meydanda görə bilmirik...
- Tarixdə nəticə qalır. Komanda pis oynasın, amma qələbə qazansın. Mən bunun tərəfdarıyam. Yaxşı oynayıb uduzmağın nə faydası var? Pisa oynayıb qələbə qazanmaq yaxşıdır. 
 
- Sabiq komandan “Zirə” hazırda 1-ci yerdə gedir. Bu sənin üçün gözlənilməz deyil? Düşünmürsən ki, kaş “Zirə”də qalardın?
- Heç bir peşmançılığım yoxdur. “Zirə”də çoxlu dostlarım var. Yaranan gündən maksimum nəticə göstərirlər. Azərbaycanda “Zirə” kimi komandalara ehtiyac var. Belə klubların sayəsində futbolumuz da inkişaf edəcək. Onların uğuru məni sevindirir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right