"Ronaldinho Soccer Academy" ilə bağlı xəbər var

Oktyabrda paytaxtımızın qonağı olan Ronaldinyonun Bakıda açılması nəzərdə tutulan futbol məktəbi ilə bağlı yeniliklər var.

Newsport.az-ın məlumatına görə, məktəbin Bakının hansı nöqtəsində yerləşəcəyinə hələ ki, aydınlıq gəlməsə də bu sual sentyabrda cavabını tapacaq. Bu haqda məlumatı Qəbələ Futbol Akademiyasının direktor müavini Nail Kərimov verib. O, həmçinin "Ronaldinho Soccer Academy" ilə bağlı digər suallara cavab verib:

- Akademiyanın harada açılması üçün ilkin variantlar var?

- İlkin variantlarımız var. Sadəcə, yer uyğunlaşdırmalıyıq. Buna qədər olan yerlərə baxmışıq, özlərini doğrultmayıb. Bu işi bizim klub aparmır. Əməkdaşlıq etdiyimiz şirkətlər bu işə maraqlanır.

- Bunun üçün nə qədər maliyyə sərf ediləcəyi məlumdur?

- Bu haqda indidən nəsə demək çətindir. Akademiyadakı meydançaların ot örtükləri süni olacaq. Bir meydança standart ölçülü olacaq. Digər üçü isə yarım meydança olacaq. Bunları üçünü üstüörtülü tikəcəyik ki, qışda da istifadə etmək olsun.

- Azərbaycanda buna oxşar məktəb var?

- Var, amma bazası olan məktəblər yoxdu. Dünya praktikasında isə var. Ronaldinyonun Dubaydakı məktəbini misal götürmək olar.

- Akademiya üçün müraciət edələr var?

- Xeyr, çünki elanlar verməmişik. Yerimiz təsdiqlənməyib.

 

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right