"Qarabağ" "İnter"lə heç-heçə etdi, "Neftçi"dən darmadağın

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 2-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutub. Turun açılış matçında səfərdə "Səbail"lə qarşılaşan "Neftçi" darmadağınla qalib gəlib.

Günün digər oyununda "Qarabağ" doğma meydanda "İnter"lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.

Əvəzedicilərin çempionatı
2-ci tur
20 avqust

 

"Səbail" - "Neftçi" 1:4
Qollar: 
Aslan Hüseynov, 24 - Cavidan Qasımlı, 17; 85. Elçin Əsədov, 60. Əli Şirinov, 90.

 

"Qarabağ" - "İnter" 1:1
Qollar:
 İbrahim Əliyev, 40 - Ceyhun Muxtarlı, 31.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right