2-ci turun azarkeş sayı - rekord Qəbələdə qeydə alınıb

Azərbaycan Premyer Liqasının 2-ci turunun oyunlarında qeydə alınmış azarkeş sayı bəlli olub.

 

Newsport.az xəbər verir ki, turun rekordu Qəbələdə qeydə alınıb. Şəhər stadionunda baş tutmuş “Qəbələ” - “Sumqayıt” matçını (1:0) 2500 tamaşaçı tribunalardan izləyib.

 

Turun ən aşağı azarkeş sayı isə Mərdəkanda, “Dalğa Arena”da qeydə alınıb. Cəmi 200 tamaşaçı “Neftçi”nin debütant “Səbail”ə məğlubiyyətinin (0:1) canlı şahidi olub.

 

Digər oyunlardan “Azersun Arena”da keçirilmiş “Qarabağ” - “İnter” qarşılaşmasını (1:0) 1600, Yevlax şəhər stadionunda baş tutmuş “Kəpəz” - “Zirə” matçını (0:3) isə 2000 tamaşaçı izləyib.

 

Ümumilikdə, turun 4 qarşılaşmasını 6300 nəfər izləyib ki, bu da, hər oyuna orta hesabla 1575 tamaşaçı deməkdi. Xatırladaq ki, mövsümün ilk turunu orta hesabla 1881 nəfər azarkeş izləmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right