"Oyun zamanı insanın beynində tormozlaşma gedir" Cavid İmamverdiyev

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sumqayıt" səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.

Newsport.az xəbər verir ki, oyundan sonra "Gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Cavid İmamverdiyev jurnalistlərə müsahibə verib.
 
- Gərgin oyun alındı. Güclü və səviyyəli rəqibə qarşı oynadıq. Fürsətlərimizdən istifadə etsəydik, məğlub olmadıq. Nə yazıq ki, bu, futboldur. “Vurmayana, vurarlar” deyiblər. Bu, futbolun yazılmamış qanunudur. Düşünürəm ki, yeganə şansları oldu ki, fərqləndilər. Biz də xeyli əziyyət çəkdik.
 
- “Kəpəz”lə oyunda meydanda tam fərqli “Sumqayıt” var idi. Bu gün sizə “Qəbələ” oynamağa mane oldu, yoxsa başqa amil?
- BU gün pis oynamadıq. Fürsətlərimizdən istifadə edə bilmədik. Şanslardan istifadə etsəydik, tam başqa cür olacaqdı.
 
- İkinci hissədə “Sumqayıt” demək olar ki, oynaya bilmədi...
- Futboldu, bəzən olur. İnsanın beynində tormozlaşma gedir. Sizinlə razıyam. İlk hissədə yaxşı şanslarımız oldu. Sadəcə, usatlıq baxımından bir qədər geri qaldıq və qol vura bilmədik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right