"Sumqayıt"a tramplin kimi baxıram" Cavid Tağıyev

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sumqayıt" səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.
 
Newsport.az xəbər verir ki, oyundan sonra "Gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Cavid Tağıyev jurnalistlərə müsahibə verib.
 
- Çətin oyun olacağını bilirdik. İlk hissədə buraxdığımız qolda mənim də səhvim var idi. Şanslarımızdan yararlansaydıq, yaxş nəticə qazana bilərdik.
 
- İkinci hissədə hücum təşkil edə bilmirdiniz..
- İlk hissədə bir neçə şansımız oldu. Fasilədən sonra isə oyunumuz alınmadı. Bu matçda istədiyimizi edə bilmədik. “Zirə” ilə oyuna hazırlaşacağıq.
 
- “Sumqayıt” bu gün “Kəpəz”lə oyundankı kimi çıxış etmədi...
- Öz azarkeşlərimizin önündə idik. Həm də istəkli idik. Düz vurğulayırsınız. Bu oyunda da həmin istək olsaydı, sərfəli hesabla geri qayıda bilərdik.
 
- AZAL-dan sonra karyeran enişli-yoxuşlu oldu. “Sumqayıt”da özünə gələ biləcəksən?
-  Bura gəlməkdə məqsədim keçmiş formama qayıtmaqdır. “Zirə”də karyeram uğurlu alınmadı. “Zirə”də baş məşqçinin taktikasına uyğun deyildim. Bu səbədən Ayxan Abbasov mənə şans vermədi. Burada məqsədim yenidən uğurlu çıxışı edərək milli komandaya qayıtmaqdır. “Sumqayıt”a tramplin kimi baxıram. Yuxarı qalxmaq istəyirəm.
 
- Güclü komandalardan təklif alsan, ayrılacaqsan?
-  Əlbəttə. Onu deyim ki, ilk olaraq “Sumqayıt” üçün çalışıram. Komanda üçün oynayıram və mübarizə aparıram. 1 illik müqaviləm var. Sazişim başa çatandan sonra təklifləri dəyərləndirəcəm.
 
- “Sumqayıt”ın Premyer Liqada hədəfi nədir?
- Avropa Liqasına vəsiqə qazana bilərik. Yaxşı heyətimiz var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right