Samir Abasov: "Bəzi oyunçularımız sanki meydanda yox idilər"

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sumqayıt" səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.

Newsport.az xəbər verir ki, oyundan sonra "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk səfər oyunumuz idi. Gözlədiyimizdən də çətin oldu. Bəzi oyunçularımız sanki meydanda yox idilər. Bu bizə çətinlik yaratdı. Oyun "Qəbələ"nin üstünlüyü şəraitində keçdi. Biz bunu gözləyirdik. Amma buna baxmayaraq, inanırdıq ki, sərfəli nəticə qazana bilərik. Təəssüf ki, bir neçə futbolçumuz zəif oynadığı üçün istədiyimiz nəticəni əldə edə bilmədik. 

- Narazı qaldığınız futbolçular kim idi?

- Xəyal Nəcəfov və Cavid Tağıyev.

- Ötən mövsüm daha çox gənclərdən ibarət idi komandanız. Bu mövsüm isə heyətinizdə təcrübəli futbolçular çoxdu . Amma həmin oyunçular həyəcanlı idilər. Bunun səbəbi nədir?

- Bəli təcrübəli futbolçular istəniləni vermədilər. Amma bu futbolçular son illərdə oyun praktikasından əziyyət çəkirdilər. Buna görə də onları başa düşmək olar. Praktika toplamaq üçün vaxta ehtiyacları var. İkinci turda bunu qlobal problem etmək istəmirəm. Yavaş-yavaş səhvləri aradan qaldıracağıq.

- Nəticə sizin üçün gözlənilməz oldu?

- Ötənilki oyunlara baxanda özümüzə inamımız çox idi. "Qəbələ"nin "İnter"lə oyunu da bizə motivasiya vermişdi. Xal qazanacağımıza ümid edirdik.

- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsız. Bu oyun haqda nəı düşünürsüz?

- "Zirə"nin oyununa 70 dəqiqə baxa bildik. Oyuna hazırlaşacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right