“Bu bizim mənəvi gücümüz olacaq.." "Qarabağ" rəsmisindən sərt cavab

2009-cü ildə “Rusenborq”la oyundan başlayaraq '”Qarabağ” 33 avrokubok səfərində olub. Və bu qarşılaşmaların hamısında klub həmvətənlərimizin stadionda olmasına çalışıb. Gərəkəndə bilet almağa kömək edib, lazım olanda rəqiblə danışıb və daha nələr,nələr. İndiyə kimi heç bir ölkədə həmvətənlərimiz onlara qarşı etinasız olduğunu söyləyə bilməz.
Zaman keçdikcə davamlı uğurlar yeni maraq dalğası gətirdi. Təbii ki, “Qarabağ”ın uğurları tərəfli-tərəfsiz hərkəsdə rəğbət hissiylə yanaşı bir bütünləşmə duyğusu da gətirib.
İlk zamanlar sadəcə xala və ya qələbəyə sevinirdiksə, artıq hamı Çempionlar Liqası gözləyir. Əlbəttə, bu sevgi, inamdı, güvəndi.

Amma..
“Kopenhagen” tərəfi ya zəlzələdən ya vəlvələdən bilet barteri ilə razılaşmadı. Biletləri satacağını bildirdi. Marketinq baxımından onları başa düşmək olar. Hər halda Avropada futbol biznesin bir hissəsi kimi emosionallıqdan daha yuxarı bir şeydi..
Üstəlik, bu ÇL-in play-offudursa..o, ÇL ki, illərdir xəyalınl qurduğumuz, himini eşitdiyimiz zaman vəcdə gəldiyimiz o turnir indi bizdən 90 dəqiqə daha aralıdadı..
Və o həyəcanı yaşamaq üçün klubdan bilet pulu istəmək..biri deyir hansısa ölkədən avtobus gətirirəm heç olmazsa onun pulunu ver, biri deyir ki, hansısa təşkilatla oranı dolduraram təki bilet olsun..
Biz xalq olaraq böyümək istəyiriksə, böyük meyarlardan, anlayışlardan başlamalıyıq. Məsələn, heç bir erməni diasporası klubdan bilet istəməz. Əslində..
Əslində, biz “istəmək”dən vaz keçməliyik, sevgimizi, dəyərimizi itirəcəyimiz yox qazanacağımız avro görməliyik.
Deyirlər, klub üçün nə puldu ki, o? Versin, gəlsin baxaq və ya baxsınlar? Klubun komanda üçün çəkilənlərin miqyası ÇL-dən gələn miqyasla ölçülmür. Ona qalsa, top klublar zənginlik fonunda heç nə itirmirlər, amma onlar da bilet almırlar. Ümumiyyətlə, problem odu ki, biz özümüzü ayırmalı deyilik. Bilet üçün veriləcək bir neçə avro sənin sevgin olacaq, verdiyin dəyər olacaq.
Şəxsi təcrübəmdən “Qarabağ”ın oyunlarını buraxmayan, maaşından keçən, işini itirmək bahasına da olsa, “Qarabağ”ın yanında olan neçə-neçə insan tanıyıram.
Günlərlə səyahət edib, vağzalda yatıb oyuna gəlib komandaya dəstək verən insanların heç biri bu gün bilet söhbəti etməyib. Və indi bilet olmayacaq, satışa çıxarıblar deyəndə anlayışla qarşladılar və biletlərini alacaqlarını bildirdilər.
Sevgi, dəyər ölçüsü təmənnasızlıqdı.
Əgər biz “Qarabağ”ı, deyilib-yazıldığı kimi ölkəmizi seviriksə, o zaman bir neçə avromuzdan keçib “Qarabağ”ı dəstəkləməliyik Kopenhagendə..
Bu bizim mənəvi gücümüz olacaq..
...Bir dəfə Avstriyada təlim-məşq toplanışında hazırlıq (!) görüşünə 2 almaniyalı azarkeşimiz gəlmişdi. Təxminən 600 km sürərək, varlı da deyildi, maşın təkəri təmir edərək güzəranını qazanır. Deməli, onlar stadiona girəndə 5 avro verib bilet almaq istəyəndə dedim qonaqsız o boyda yol gəlmisiz. Cavabında mənə dedilər ki, o boyda yol gəlib komandamın oyununa görə 5 avro verməyəcəm!?

Nurlan İBRAHİMOV, 
"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri

PS. Bilet almaq üçün bu linkə daxil olmaq kifayətdir..

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right