"Qəbələ"də ciddi itki FOTO

Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edir.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, meydan sahiblərinin heyətində ciddi itki baş verib. Belə ki, "qırmızı-qaralar"ın müdafiəçisi İlqar Qurbanov zədələnib. Təcrübəli cinah müdafiəçisi oyunu davam etdirə bilməyib və onun əvəzinə meydana Tellur Mütəllimov daxil olub.

Klub rəsmilərindən əldə etdiyimiz məlumata görə, futbolçunun sol ayağının çeçələ barmağı sınıb. İlkin versiyaya görə, İlqar yaxın iki həftəni lazaretdə keçirməli olacaq.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən qarşılaşmada hesab açılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right