"Yevlaxda meydança Gəncədəkindən yaxşıdır" Şahin Diniyev

"Kəpəz" Azərbaycan Premyer Liqasının II turunda "Zirə"ylə oyununa Bakıda hazırlaşsa da, matçdan 1 gün öncə doğma Gəncəyə qayıtdı. Ancaq son məşqin Yevlaxda - "Karvan"ın stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Çünki cari mövsümdə ilk ev matçı məhz burada keçiriləcəkdi.

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev məşqdən sonra suallarımızı cavablandırdı.

- Uzun fasilədən sonra Premyer Liqa "Kəpəz"in sayəsində Yevlaxa qayıtdı. "Zirə"ylə oyun öncəsi son məşqiniz necə keçdi? Oyuna nə dərəcədə hazırsınız?

- Böyük futbolun yenidən Yevlaxa, "Karvan"ın stadionuna qayıtması əlbəttə, sevindirici haldır. Ancaq çox istərdim ki, rəqibi yerli komanda qəbul etsin. Biz səfərə gələrək oyunumuzu burda keçirməyək. Bildiyiniz kimi, stadionumuzdakı təmir işlərilə əlaqədar Gəncədə oynaya bilmirik. Nəticədə "Zirə"ni bu meydançada qəbul etməli olacağıq. Mənə elə gəlir ki, bu meydança ötən mövsüm Gəncəədki meydançadan heç də pis deyil. Düzdür, Yevlaxdakı stadiona neçə il baxımsız olub. Problemlər var, ancaq bunlar səbəb olmamalıdır. Bizi çətin matç gözləyir. Futbolçularda yol yorğunluğu vardı. Ona görə də istədim ki, futbolçular fiziki cəhətdən çalışsınlar, bir az tərləsinlər, meydançanı hiss edə bilsinlər. Fikirmcə, meydança pis də deyil. Burda futbol oynamaq olar. Hesab edirəm ki, "Zirə"ylə maraqlı qarşılaşmanın şahidi olacağıq.

- Oyunun Tovuz şəhər stadionunda da keçirilmək variantı vardı. Doğrudanmı, bu stadion "Turan Tovuz"un arenasından yaxşıdı?

- Tovuzdakı stadion qəbul olunmadı. Bildiyiniz kimi, Peşəkar Futbol Liqasının nümayəndələri ora da komissiya şəklində yoxlanışa getmişdilər. Ancaq qəbul olumadı. Orda problemlər çoxdur.

- Hə kimi problemlər?

- Mənə çatan məlumata görə, paltardəyişmə otaqlarında isti-soyuq suyun olmaması, meydançada böyük çüxurların olması qeyd edilib. Bunları da aradan qaldırmağa vaxt olmayıb. İkinci variant Yevlax stadionu idi və onun üzərində dayandılar. Mən hər ikisini görmədiyimdən, "ora-bura necədi" deyib müqayisə apara bilmərəm. Sadəcə, komissiyanın iki stadionda apardığı baxışdan gəldiyi qənaətə və çıxardığı qərara əsasən, Yevlax stadionu Tovuzdakından daha yaxşıdır.

- "Kəpəz"in meydaçasında qazonun problemindən daha çox danışılırdı. Sizcə, Yevlaxdakı ev matçınızdan sonra da belə olacaq?

- İki mövsümdür qazon cəhətdən əziyyət çəkirdik. Ancaq Yexlavdakı indiki meydança "Kəpəz"in ötən mövsümkü qazonundan daha yaxşıdır.

- Bəs rəqibiniz olan hazırkı "Zirə"ni necə dəyərləndirərdiniz? İlk turda necə təsir bağışladı?

- "Zirə"ni ümumiyyətlə, Avropa Liqasından izləyirik. Doğrudan da yaxşı təşkil olunmuş komanda şəklində artıq formalaşıb. Bizdən fərqli olaraq oturuşmuş heyəti var. Yeni legionerlərlə komanda ötən mövsümə nisbətən daha güclənib. Hər bir xəttə futbolçular var ki, oyunun taleyini həll edə bilərlər. Məncə, "Zirə" bu mövsüm daha yaxşı nəticələr üçün oynayır. Bunun üçün də rəqibimizdə təməl, futbolçu, komanda, hər bir şey var.

- "Kəpəz" Gəncədəki oyunlarda azarkeşlərin sayının çoxluğu ilə həmişə öyünüb. Sizcə, Yevlaxdakı ev matçlarınızda bu baxımdan mənzərə necə olacaq?

- Mən də ümid edirəm ki, azarkeşlərimiz gələcəklər. Yevlax Gəncəyə yaxındır. Düzdür, azarkeşlər üçün hansısa problemlər yarana bilər. Biri var ki, Gəncədə stadiona 5-10 metrlə piyada gəlir, biri də var hansısa avtobomillərlə, avtobuslarla yol qət etsin. Buna görə də bir çoxları gəlməyə bilər. Bu da başadüşüləndir. Vəziyyət o vəziyyət deyil. Məncə, az da olsa, ürəyi komandayla döyünən azarkeşləri burada görəcəyik.

- Heyətlə bağlı hansı problemləriniz var?

- Var. Braziliyalı müdafiəçimiz Dedimar Fereyrada problem var. O, keçən matçda da zədəli oynadı və bundan sonra da problemləri oldu. İndi də tam bərpa olunmayıb və oyunadək yekun qərarımızı verəcəyik. O, "Sumqayıt"dan öncə də məşq etmirdi, 5 gün kənarda qalmışdı. Onda da tam sağalmamışdı. Hazırda tam formada deyil. Ancaq oynayıb-oynamaqla bağlı qərarını matça az qalmış verəcəyik.

- Qələbə şansınız nə dərəcədə realdır? Bunun üçün əsas nəyə diqqət yetirməlisiniz?

- Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır, hər bir komandanı gücü var. "Zirə" asan keçiləsi rəqib deyil ki, deyək, yarı qüvvə ilə keçəcəyik. Rəqib doğrudan da yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Hər ikisimizə, xüsuilə bizə uğur lazımdır. Çünki ilk turdakı məğlubiyyətdən sonra 3 xalı geri qaytarmalıyıq. Ancaq bu, futboldur, hər bir şey ola bilər. Mənə elə gəlir ki, həm "Zirə", həm də "Kəpəz" qələbəyə layiq komandadır. Hansı udacaqsa, bu, təsadüf sayılmayacaq (sport24.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right