"Xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik" Əfran İsmayılov

"Qarabağ" Premyer Liqanın 2-ci turunda "İnter"ə 1:0 hesabı ilə qalib gəlib.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra qarşılaşmada yeganə qolun müəllifi olan Əfran İsmaylov jurnalistlərə müsahibə verib.
 
- “Çətin oyun keçdi. Rahat qələbə qazanmadıq. İki cəbhədə mübarizə aparırıq: Çempionlar Liqası və ölkə çempionatı. “İnter” hər zaman iddialı komanda olub. Çətin oyunda vacib qələbə qazandıq”.
- Düşünmürsən ki, son iki mövsümə nəzərən “Qarabağ” bu il çempionata daha yaxşı start verib?

- Bəlkə də elədir, komandamız gündən-günə inkişaf edir. Əsas məqsədimiz yenidən Premyer Liqanın qalibi olmaqdır. Mütləq nəticə qazanmaq üçün hər zaman özümüzü ən yaxşı tərəfdən göstərməliyik. 

- Heyətdəki gənc futbolçuların oyunu necə dəyərləndirirsən?

- Gördüyünüz kimi, yaxşı mübarizə apardılar. Əlbəttə, onlar perspektiv vəd edən oyunçulardı. Əgər gələcək vəd etməsəydilər, heç meydana da çıxmazdılar.

- Növəti oyunlarınız ÇL-də “Kopenhagen”ə, Premyer Liqada isə “Qəbələ”yə qarşı olacaq. Sizi çətin həftə gözlədiyini düşünmürsən?

- Əlbəttə, çətin oyunlar olacaq. Danimarkada bizi çox ağır matç gözləyir. Bütün komanda oyunun ciddiyətini dərk edir və oyuna olduqca yaxşı hazırlaşacağıq. İndi ancaq o matç haqda düşünürük.

- “Kopenhagen”lə cavab matçı barədə nə demək olar?

- Cavab matçı barədə heç nə demək olmaz. Çünki rəqibimiz olduqca güclü komandadı. Bundan başqa, ilk oyundakı hesab bir qədər sürüşkəndir və buna görə arxayın deyilik. “Kopenhagen” III təsnifat mərhələsininin ilk oyunları çərçivəsində “Vardar”a 0:1 hesabı ilə məğlub olsa da, cavab qarşılaşmasında inamlı qələbə qazanıb mərhələ adlamışdı. Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bizdən çox şey gözləyirlər, özümüz də uğur qazanmaq istəyirik.

- “Kopenhagen” “Qarabağ” üçün ən böyük təhlükəni necə yarada bilər?

- Baş məşqçimiz rəqibi analiz edəcək. Amma mənim üçün onların standart vəziyyəti çox təhlükəlidir. Çünki rəqibin ucaboy oyunçuları var və onlar hava toplarında çox möhtəşəm oynayırlar. Həmçinin, yerli azarkeşlər də komandaya dəstək verəcəklər. Çətin olsa da, mərhələ keçmək üçün sona qədər oynayacağıq. Ümid edirik ki. yaxşı olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right