Samir Əliyev: "Azərbaycanda hansı klubun azarkeşi var ki?"

“Ən azından 1 xal qazanmaq istəyirdik. Əsas məqsədimiz qol buraxmamaq idi. Sevindirici haldı ki, sonuncu dəqiqədə qol vura bildik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib.

Premyer Liqanın debütantı Azərbaycan Premyer Liqasının ikinci turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Oyun ərzində yaxşı imkanlarımız olsa da, sadəcə, təcrübəsizlik fərqlənməyimizə mane oldu. Qol buraxmadan Premyer Liqada ilk 3 xalı qazandığımız üçün çox xoşbəxtəm. Bu qələbə gələcəkdə uşaqlara yaxşı motivasiya verə bilər. Çalışacağıq ki, bundan sonra daha yaxşı çıxış edək”.

- Son dəqiqələrdə komandanın zəif oynamasını fiziki yorğunluqla əlaqələndirirsiniz?

- Məncə, “Neftçi”nin təzyiqi olduğu üçün komanda “oturdu”. Həm fiziki cəhətdən zəif olduğumuz üçün, həm də “Neftçi”nin təzyiqi olduğu üçün sona yaxın yorulduq. Amma düşünürəm ki, ilk oyuna nisbətən yaxşı oynadıq. Belə davam etməyə çalışacağıq.

- Komandanın ehtiyat oyunçular skamiyasından başqa azarkeşi yox idi. Bu, oyunun Mərdəkanda keçirilməsi ilə bağlıdır?

- Azərbaycanda hansı klubun güclü azarkeşi var ki? Bizdə komanda yeni yaranıb. Anşlaq olmasına söz verməsək də, yaxınlarda azarkeşlərimiz olacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right