Elxan Abdullayev: "Mənim yerimə olsanız..."

“Belə oyunlardan sonra nəsə danışmaq çətindi. Çünki məğlub olmağa layiq deyildik. Təəssüflər olsun ki, məğlub olduq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının II turunda səfərdə “Səbail”ə məğlub olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Keçən il bu meydanda AZAL-a qarşı oynadığımız matçda da sonuncu dəqiqədə qol buraxdıq. Biz son dəqiqələrdə qol buraxmağı arzulamırdıq. “Səbail” yaxşı komandadı və düşünürəm ki, bizim kimi bir neçə komandanı büdrədəcəklər”.

- Komandanın məğlubiyyətə layiq olmadığını qeyd etdiniz. Yəqin ki, komandanın qələbəyə layiq olmadığı fikri ilə də razılaşarsınız...

- Nə bilim. Qol epizodları yaratsaq da, fərqlənə bilmədik. Rəhman Hacıyev qapıçı ilə üz-üzə qaldığı epizodda qalib olsaydı, mənə elə gəlir ki, hesab başqa cür olacaqdı.

- Azarkeşlər ötən oyunda olduğu kimi, bu dəfə də istefa şüarları səsləndirdilər. Bu, sizə necə təsir edir?

- Heç bir məşqçi belə olmasını istəməz. Mənim yerimdə olsanız, sizə necə təsir edər? Düşünürəm ki, azarkeşlər haqlıdı. Komanda məğlub olubsa, günah məndədi. Azarkeşləri başa düşürəm və iradları qəbul edirəm.

- Ümumiyyətlə, problemi nədə görürsünüz?

- Problem ancaq psixologiyadadı. Bu gün müqayisə etsək, əlbəttə ki, “Neftçi”nin futbolçuları “Səbail”in oyunçularından qat-qat güclüdürlər. Amma futbolda psixologiya, xarakter böyük rol oynayır. Məncə, komandamız bu baxımdan əziyyət çəkir. 

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right