"Kəpəz"in hücumçusu: "Məqsədimiz bürünc medalları qazanmaqdı"

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində “Sumqayıt” ilə oyunda “Kəpəz”in heyətində meydana çıxan yeni transferlərdən biri də İlkin Sadıqov oldu.

Newsport.az-ın məlumatına görə, Gəncə klubunda ilk rəsmi matçını keçirən gənc futbolçu yeni komandasında çempionatda debüt etdi. Sadıqov debütü ilə bağlı klubun rəsmi saytına açıqlama verib:

“Çempionatın start oyunları həmişə çətin alınır. Düşünmürəm ki, pis oynadıq, yaxşı çıxış etdik. Sadəcə, mövqe səhvlərindən qollar buraxıb uduzduq. Öz oyunuma gəlincə, ilk yarıda istənilən kimi oynamadım amma fasilədən sonra özümü yaxşı tərəfdən göstərməyə başladım. Həyacan yox idi, bir az əvvəl dediyim kimi ilk oyunun çətinliyi vardı. Açığı, birinci hissədə komanda yoldaşlarım üçün də oynamaq çətin idi, onlar da mənim kimi hissələrarası qısa istirahətdən sonra öz oyunlarını tapdılar. Qol vurub hesabı bərabərləşdirdik. Lakin 1:1 hesabını qoruya bilmədik”.

 
İlkin Sadıqov “Kəpəz”in heyətində birinci rəsmi oyununu keçirməklə yanaşı, ilk dəfə Premyer Liqa matçında mübarizəyə əsas heyətdə başlayıb. Belə ki, o, “İnter”in şərəfini qoruduğu vaxtlarda yalnız əvəzetmədən meydana daxil olub: “İnter”in heyətində sonradan meydana çıxıb 15-20 dəqiqə oynamaq şansı qazanırdım. “Kəpəz”də isə məqsədim davamlı əsas heyətdə oynamaq, ilk “11-lik”də yer almaqdır. Məşqçilərin etimadını qazanmaqla buna nail olmaq olar. Hər şey özümdən asılıdır. Şansı mənə baş məşqçimiz verib. Buna görə Şahin Diniyevə təşəkkür edirəm. Yaradılan imkanı lazımınca dəyərləndirməyə çalışacağam. “Kəpəz”in heyəti yenilənib. Komandaya yeni gələn futbolçulardan biri də mənəm. Vaxta ehtiyac duyuruq, zamanla hər şey yoluna düşəcək. Məqsədimiz bürünc medalları qazanmaqdır. Bunun üçün layiqli çəkildə mübarizə aparmağa çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right