"Zirə"də ŞOK ayrılıq: Hindistana üz tutdu

"Zirə"də gözlənilməz ayrılıq reallaşıb.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu əsas hücumçularından birini itirib. Haitili hücumçu Kervan Belfor Hindistanda yeni yaradılan "Jamşedpur" klubuna transfer olunub. Bu barədə  "Jamşedpur"un saytı məlumat yayıb. Forvard ilə 1 illik müqavilə imzalanıb.

25 yaşlı hücumçu yeni komandasına oktyabrda qoşulacaq. O, noyabrda start götürəcək Hindistan çempionatı ərəfəsində İspaniya və Tailandda təlim-məşq toplanışlarına qatılacaq.

Qeyd edək ki, Belfor iyunun 16-da "Zirə"yə transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right