"Qarabağ" qalib gəldi, “Neftçi” uduzdu Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
 
Newsport.az-ın məlumatına görə, ilk oyun gününə təyin edilən matçlar Bakıda baş tutacaq.
Həftənin açılış oyununda debütant "Səbail” ilə elitanın ən qocaman komandası "Neftçi” üz-üzə gələcəklər. Yeni mövsümə məğlubiyyətlə başlayan kollektivlər arasında ilk duel kimi tarixə düşəcək görüş "Dalğa Arena”da keçiriləcək. 
 
Qarşılaşma "Səbail”in baş məşqçisi Samir Əliyev üçün xüsusi önəm daşıyır. O, paytaxt klubunun sabiq futbolçusu olmaqla yanaşı, əsas və əvəzedici komandasına rəhbərlik də edib.
 
Günün digər qarşılaşması çempion "Qarabağ”la bürünc mükafatçı "İnter” arasında olacaq.  Ağdam təmsilçisi hazırda yüksəlişdə olduğu halda, "ağ-göylər” çətin günlərini yaşayırlar. Bu isə oyunun nəticəsinə də təsirsiz ötüşməməlidir. Hərçənd Qurban Qurbanovun əsas futbolçuları avqustun 23-də Çempionlar Liqasının "pley-off” mərhələsində "Kopenhagen”ə qarşı görüş üçün qoruması da mümkündür.
 
 
Azərbaycan Premyer Liqası
 
II tur 


19 avqust (şənbə)

20:00. “Qarabağ” - “İnter” - 1:0 
Qol: 
Əfran İsmayılov, 89
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov
“Azersun Arena”

18:00. “Səbail” - “Neftçi” - 1:0
Qol:
 Elman Tağayev, 90+1 
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
“Dalğa Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right