"Neftçi"ni çempion edən mütəxəssis yeni klubunun hədəflərini açıqladı

Növbəti mövsümdən I Divizionda yarışacaq “Vətən” komandasının Arif Əsədovu baş məşqçi postuna gətirməsi haqda xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssislə komandanın hədəfləri barədə danışıb: Bilirsiniz ki, mənə xeyli sayda təkliflər vardı. Ancaq uzun müddətdir götür-qoy edirdim. Gələcəyi düşünən, hədəfləri olan bir klubla anlaşmaq istəyirdim. "Vətən" məhz belələrindəndir. Klubun ölkə futbolunun inkişafına töhfə vermək istəyi mənim maraqlarımla üst-üstə düşür. Birinci Diviziondan mübarizəyə başlamalıyıq. Əsasən, potensiallı yerli gənclərə üstünlük verəcəyik. Mən daim istedadlı gənclərə yer verilməsinin tərəfdarı olmuşam. Klubun əsas siyasəti yeni futbolçuları üzə çıxarmaq və Azərbaycan futboluna qazandırmaq olacaq". Komandanın ev oyunlarını harada keçirəcəyi barədə hələ dəqiq məlumata olmasa da, debütantın xüsusi bir sponsoru olmayacağı bəllidir. Belə ki, komandanın bütün xərclərini Təhsil Nazirliyi qarşılayacaq. Deyilənə görə, Təhsil Naziri Mikayıl Cabbarov bununla bağlı xüsusi tapşırıq da verib.

Qeyd edək ki, Arif Əsədov "Neftçi"nin baş məşqçisi olduğu dönəmdə Premyer Liqanın qızıl medallarını qazanıb. 

Sportfm.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right