Şehiç: “Bakıdakı ab-havadan “Qarabağ”ın qələbəsini hiss etmək olar”

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç açıqlama verib.

Newsport.az saytının məlumatına görə, Bosniya və Hersoqovinadan olan əlcək sahibi ölkəsinin mətbuatına danışıb.

O, 2 gün əvvəl Çempionlar Liqasının pley- off mərhələsinin ilk görüşündə Danimarkanın “Kopenhagen” klubu üzərində qazanılan 1:0 hesablı qələbə haqqında fikirlərini bölüşüb: 

“Biz olduqca yaxşı matç oynadıq. Möhtəşəm bir oyun ortaya qoyduq. Lakin "Kopenhagen" evdə mükəmməl çıxış edir. Azarkeşlərin də tələbi olacaq. Danimarkada maraqlı bir matç keçəcək. Tərfdarları evdə onlara qanad verəcək. Stadion və əla atmosfer olacağına şübhəm yoxdur. Amma biz də ora ÇL-in qrupuna düşmək üçün gedəcəyik".

Şehiç bu qələbənin Azərbaycanda böyük sevinc yaratdığını bildirib: "Azərbaycanda bu qələbə haqqında çox yazıldı. Mənim haqqımda da yazırlar. Komandamızın uğuru ölkədə böyük sevinc yaradıb. Çünki burada Avropada oynayan başqa komanda yoxdur. Biz isə hələ də yolumuza davam edirik. Çempionlar Liqasının pley-off mərhələsində oynamaq belə Azərbaycan üçün tarixi hadisədir. Bunu şəhərdəki ab-havadan görmək olar".

Təcrübəli qolkiper komandanın start heyətinin tez-tez dəyişməsinə də münasibət bildirib: "Biz həm çempionatda, həm də avrokuboklarda oynayırıq. Belə olan halda heyət tez-tez dəyişir. Bu da normaldır. Çünki bütün oyunlar üçün gücümüzü eyni paylaşmalıyıq".

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-ü, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right