"Kəpəz" "Zirə" ilə oyuna hazırlaşır

Azərbaycan Premyer Liqasının II turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” dünəndən matçın hazırlıqlarına start verib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisini Yevlaxda qəbul edəcək “sarı-göylər” məşqlərə Bakıda başlayıblar.

Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlıq keçir. “Kəpəz” oyundan öncəki son məşqinə matçın keçiriləcəyi Yevlax şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-a təyin olunub. 
Qeyd edək ki, “Kəpəz” – “Zirə” qarşılaşması avqustun 20-də baş tutacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right