"Qarabağ" rəsmisi "Kopenhagen"in şikayətinə münasibət bildirdi

Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etmək “Kopenhagen”in hüququdur”. 

Newsport.az saytının məlumatına görə, bunu “Report”a açıqlamasında “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çelikəl Danimarka təmsilçisi “Kopenhagen”in Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk oyununda sonra komandanın kapitanı Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etməsinə münasibət bildirərkən deyib.

Klub rəsmisinin sözlərinə görə, Medvedevin Bakıda baş tutan görüşün 20-ci dəqiqəsində rəqib futbolçu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurması ilə bağlı iddia əsassızdır və UEFA-nın rəqibin şikayətini müsbət cavablandırması real görünmür: “Bu, top uğrunda mübarizə zamanı baş verən adi oyun epizodu idi. UEFA-nın futbolçumuzu cəzalandıracağına zənn etmirəm. Belə bir hal olarsa, biz də öz növbəmizdə apellyasiya verəcəyik”.

Qeyd edək ki, UEFA “Kopenhagen”nin şikayəti ilə bağlı qərarını bu gün açıqlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right