Aqolli: "Bunu baş məşqçidən soruşun"

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli “Kopenhagen” üzərində qazanılan qələbə barədə danışıb.

Newsport.az-ın məlumatına görə, albaniyalı oyunçu görüş barədə və cavab qarşılaşması haqda fikirlərini bölüşüb:

 “Biz çox çətin komandaya qarşı ağır oyun sərgilədik. Amma bütün işimizi gördüyümü deyə bilmərəm. Vəzifəmizin hardasa 50 faizini hələ ki, yerinə yetirə bilmişik. Amma ilk görüşdə biz “Kopenhagen”i üstələdik. Rəqibi  hansı komponentlərdə üstələdik? Bunu baş məşqçidən soruşun. Biz onun dediklərini meydanda etdik. Qarşıda “Kopenhagen”lə daha bir oyunumuz var. Məncə, Bakıdakı matçdan da çətin olacaq. Amma etiraf edim ki, qruplara qalmaq üçün çox yaxşı şansımız var. Çalışacağıq ki, bu şansdan lazımınca yararlana”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right