“Kəpəz”in ev oyununu keçirəcəyi stadion dəqiqləşdi

Xəbər verdiyimiz kimi, Gəncə şəhər stadionunda təmir-tikinti işləri aparılır.

Newsport.az-ın məlumatına görəbu səbəbdən Gəncə təmsilçisi ev oyunlarını bir başqa stadionda keçirəcək.

Artıq bir müddətdir  ki,  “Kəpəz”in hansı stadionda qonaqlarını qəbul edəcəyi ilə bağlı müzakirələr aparılır. Tovuz şəhər stadionu və “Dalğa arena” gündəmdə olsa da, tamamilə başqa qərar verilib. Belə ki, “Kəpəz” Azərbaycan Premyer Liqasının 2-ci turunda “Zirə”ni Yevlax şəhər stadionunda qəbul edəcək. Komandaların əvəzediciləri də 1 gün sonra məhz bu stadionda meydançaya çıxacaqlar.

Qeyd edək ki, vaxtilə elitanın iddialı klublarından olan “Karvan” ev oyunlarını Yevlax şəhər stadionunda keçirib.

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right