"Qəbələ"də yeni məşqçilər

“Qəbələ” futbol akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, akademiyam 2017/18 mövsümündə U-19, U-17, U-16, U-15 və U-14 liqalarında bir, U-13, U-12, U-11, U-10 liqalarında iki komanda ilə təmsil olunacaq. Həmçinin U-9 və U-7 komandaları da yay fasiləsinə son verərək məşqlərə avqustun 2-də start verib.

Akademiyada 5 yeni məşqçi də fəaliyyətə başlayıb. Onlardan biri “Qəbələ”nin sabiq futbolçusu Əli İsmayılovdur. O, U-15-də baş məşqçi Rakif Əliyevin köməkçisi kimi çalışacaq. Futbolçu karyeralarını bir müddət əvvəl başa vuran Rüstəm Məmmədov U-11, Elnur İmanquliyev U-10 yaş qrupunda 1-ci komandaya baş məşqçi təyin edilib. Həmin yaş qrupları üzrə 2-ci komandalarda da yeni məşqçilər çalışacaq. Gənc çalışdırıcılardan Azad Kərimov U-11, Teymur Həbibov U-10-da məşqçilik edəcək.

“Qəbələ”nin iki komanda ilə təmsil olunduğu yaş qruplarında U-13-də Namiq Əliyevlə Rafael Cəbrayılov, U-12-də Şəhruz Mustafayevlə Aqil Mirzəyev çalışacaq. Əvəzedici komandanın baş məşqçisi Elmar Baxşıyevə Azər Həşimov kömək edəcəksə, U-19-da Emin İmaməliyevə Şəhriyar Kərimli, U-17-də Famil Xəlilova Turxan Ümüdlü yardımçı olacaq. U-16-da Zaur Hacıyevin köməkçisi Rəvan Rəcəblidirsə, U-14-də Ülfət Mədətovla Sahil Nəcməddinov çalışacaq. Kiçik yaş qruplarından U-9 Anar Surxayevin, U-7 Fərid Məmmədlinin rəhbərliyi altında məşqlərini gerçəkləşdirir. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Sahil Kərimov, Teymur Musayev, Elçin Rzazadə və Oruc Quliyev, həmçinin videoanaliz üzrə mütəxəssis Sərdər Qafarov da iştirak edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right