"Kəpəz"in ev oyunu Yevlaxda keçirilə bilər

Azərbaycan Premyer Liqasının 2-ci turunda öz meydanında “Zirə”ni qəbul etməli olan “Kəpəz”də qeyri-müəyyənlikdi.

Newsport.az-ın məlumatına görə, Gəncə şəhər stadionu təmirdə olduğundan “sarı-göylər”in rəqibini harada qəbul edəcəyi dəqiqləşməyib.

İlkin variantlar arasında Tovuz və Yevlax şəhər stadionları olsa da, matçın məkanına konkret aydınlıq gəlməyib. PFL-in təftiş komissiyası bu 2 arenaya baş çəkərək burada çatışmazlıqların olduğunu üzə çıxarıb. Amma Yevlax şəhər stadionu Tovuzdakı ilə müqayisədə daha yaxşı vəziyyətdə olduğuna görə qarşılaşmanın da məhz burada keçirilmə ehtimalı böyükdü. Hazırda PFL-də bununla bağlı müzakirələr gedir və qarşıdakı saatlarda bu suala aydınlıq gələcək. 

Qeyd edək ki, sözügedən matç avqustun 20-də keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right