“Qarabağ” onların sayəsində qələbə qazandı”

 “Nəticədən narazıyam. Bir də son 30 dəqiqə ürəyimcə olmadı”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Kopenhagen”in baş məşqçisi Steyl Solbakken deyib.

Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Qarabağ”a məğlub olub – 1:0.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Qarabağ”dan belə oyun gözləyirdik. Düşünürəm ki, 60 dəqiqə yaşı oynadıq, son 30 dəqiqədə isə “Qarabağ” güclü idi. Fikrimcə, mərhələ keçmək şansımız qalıb”.

- Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?

- “Qarabağ” az da olsa, favoritdi. Onlar cavab oyununda qol vursalar, daha yaxşı üstünlük əldə edəcəklər. Amma buna imkan verməməyə çalışacağıq.

- “Qarabağ” azarkeşləri möhtəşəm idilər. Sizcə, pley-off layiq atmosfer oldu?

- Əlbəttə, bu, böyük oyun idi. Azarkeşlərin dəstəyi hiss olunurdu. Məncə, “Qarabağ” onların sayəsində qələbə qazandı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right