"Kəpəz"ə qarşı oynamaq rahat oldu" Tural Axundov

"Sumqayıt"ın müdafiəçisi Tural Axundov Newsport.az saytına açıqlama verib.

Təcrübəli futbolçu Premyer Liqanın ilk oyunu çərçivəsində "Kəpəz"ə qalib gəldikləri oyun barədə danışıb: “Yaxşı oynadıq və çoxlu fürsətlərimiz oldu. Qələbə üçün əlimizdən gələni etdik və bacardıq. Qol şanslarını qaçırmamaq üçün isə daha çox çalışmalıyıq”.

Axundov sabiq komandasına qarşı oynaması barədə danışıb: “Bu, futboldu, hərənin bir cür karyerası olur. Rahat oldu. Əlimdən gələn qədər bacardığımı etdim. “Sumqayıt”a xeyrim dəydisə, çox xoş oldu”.

Tural “Sumqayıta” gəldikdən sonra 6 kiloqram çəki itirdiyini deyib: “6-7 kq çəki verdim. Hazırda yüngüləm, rahatam”.

Komandanın hədəflərindən danışan futbolçu bunları bildirib: “Yaxşı komandayıq. Gücümüzü, sözümü bir qoyub oynayırıq. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə əldə edək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right