“Hədəfimiz iddialı yerdir” Rail Məlikov

"Sumqayıt"ın müdafiəçisi Rail Məlikov Newsport.az saytına açıqlama verib.

 

Təcrübəli futbolçu Premyer Liqanın ilk oyunu çərçivəsində "Kəpəz"ə qalib gəldikləri oyun barədə danışıb: “İlk oyunumuz idi. Çempionatın startı çətin olur. Səhvlərimiz oldu. Üzərimizdə çox çalışmalıyıq. Qol şanslarının çoxunu əldən verdik. Bunların da üzərində çalışmalıyıq. Qələbəni çətin qazandıq”.

 

Oyuna komandanı kapitan kimi çıxaran müdafiəçi bunları söyləyib: “Vurğun Hüseynov komandamızın kapitanıdır. Ancaq zədəli olduğu üçün kənarda qaldı. Onun üçün çox təəssüfləndik. Tezliklə heyətə dönəcək və komandanı yenidən meydana kapitan kimi çıxaracaq”.

 

Məlikov komandanın hədəfləri haqda danışıb: “Hədəfimiz iddialı yerdir. Məqsədimiz maksimum mövqeydir. Heyətimiz də buna görədir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right