Qara Qarayev 250-yə çatdı

Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” ilə oyunu “Qarabağ”ın futbolçusu Qara Qarayev üçün əlamətdar olub.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, meydana kapitan kimi çıxan yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 250-ci matçını keçirib. Komandasının 3:1 hesablı qələbə qazandığı görüşə qədər Qara 249 matçda 2 qol vurmuşdu.

“Qarabağ”da 250-ci oyunu Azərbaycan derbisinə təsadüf edən Qarayev UEFA Çempionlar Liqasında 16, UEFA Avropa Liqasında 37 matça çıxıb. Daxili yarışlarda da komandasının aparıcı üzvlərindən olan yarımmüdafiəçi Premyer Liqada 172, Azərbaycan kubokunda 25 matç keçirib. O, hər iki qolunu çempionatda vurub.

Qeyd edək ki, Qaranın “Qarabağ”da ilk oyunu 2009/10 mövsümünə təsadüf edib. 2009-cu il dekabrın 10-da “Muğan”la ev matçında (2:1) debüt edən yarımmüdafiəçi karyerası boyu yalnız bir klubda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right