“Qəbələ” legioneri ilə yollarını ayırır – ÖZƏL

Avropa Liqasında mübarizəni dayandıran “Qəbələ” daha bir futbolçu ilə yollarını ayıra bilər. Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” Xavi Ernandesin ardından daha bir futbolçu ilə vidalaşmağı planlaşdırır.

Söhbət yay transfer dönəmində Şotlandiyanın “Seltik” klubundan icarəyə götürülən Endryu Holideydən gedir. Əldə etdiyimi məlumata görə, təcrübəli futbolçu yaxın günlərdə əyalət təmsilçisinin sıralarını tərk edə bilər.

Qeyd edək ki, Holidey Azərbaycan Premyer Liqasının ilk turunda “İnter”lə qarşılaşmada şans qazanmayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right