Cavid İmamverdiyev: "Milliyə qayıtmaq istəyirəm"

“Hər iki komanda hazırlıqlı gəlmişdi. “Kəpəz” də pis oynamadı. Amma biz daha yaxşı oynadıq, düşünürəm ki, biz daha çox qələbə qazanmaq istəyində idik”. 

Bu sözləri Newsport.az saytına açıqlamasında "Sumqayıt"ın futbolçusu Cavid İmamveridyev Azərbaycan Premyer Liqasının I turunda "Kəpəz"ə qalib gəldikləri (2:1) matçdan sonra deyib. 

Oyundan sonra saytımıza açıqlama verən təcrübəli yarımmüdafiəçi fikirlərini bildirib: “Ev sahibi olduumuz üçün ilk oyunumuzda qələbə qazanmaq istəyirdik. Bir neçə qol epizodumuz olsa da, dəyərləndirə bilmədik. İnşallah, “Qəbələ” ilə oyuna daha yaxşı hazırlaşacağıq”.

Cavid İmamveridiyev əsas hədəfinin milliyə qayıtmaq olduğunu bildirib: “Mənim üçün bütün klublar eynidi. Oynadığım klub mənim üçün ən böyükdü. Düzdü, tarix və səviyyə baxımından “Neftçi” daha üstündü. Amma yenə deyirəm, bu gün “Sumqayıt”da oynayıramsa, bu komandanın formasını geyinirəmsə, mənim üçün ən böyük komanda “Sumqayıt”dı. Ümid edirəm ki, burada oynayaram, özümü daha yaxşı göstərərəm. Düşünürəm ki, bütün futbolçuların məqsədi milli komandaya dəvət almaqdır. Mən də özümü göstərməyə və millinin baş məşqçisinin diqqətini cəlb etməyə çalışacağam”.

Yarımmüdafiəçi qollarının davamını gətirmək istədiyini bildirib: “Düzdü, çox sevinirəm. İlk oyunumda qol vurmağı bacardım. İnşallah, axarıncı olar. Daha çox ol vurmağa çalışacam, milli komandaya dəvət almaq üçün bütün gücümü ortaya qoyacam”. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right