"Həmin insanları görəndə xəcalət çəkdim" Ramin Musayev

Premyer Liqanın ilk turunda "Sumqayıt" doğma meydanında "Kəpəz"ə 2:1 hesabıyla qalib gəlib.
 
Newsport.az xəbər verir ki, oyundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə müsahibə verib.
 
- Nə üçün “Zirə” – “Səbail” matçına deyil, “Sumqayıt” – “Kəpəz” qarşılaşmasına baxmağa gəldiniz?
- Zirəyə getsəydik, bu oyuna baxa bilməyəcəkdik. “Zirə” və “Səbail” Bakıda olurlar. Bu komandalar isə paytaxtı təmsil etmirlər. “Kəpəz”in oyununu izləmək və onlarla görüşmək üçün bura gəldim. Qarşılaşmadan öncə görüşdüm və mövümün starına görə təbrik edərək uğurlar arzu etdim.
 
- Oyun haqda necə düşünürsünüz?
- O biri komandalar inciməsinlər, mən bu oyunda dincəldim. Maraqlı oyun oldu. Adrenalin matç olduğu hesabdan bəllidir. Vacib odur ki, yerli oyunçularımız daha çox oynayırdı. Milliyə lazım olan oyunçular meydanda idilər.
 
- Turun ən çox azarkeşi Sumqayıtda qeydə alındı...
- Sizi inandırım ki, meydanın kənarında ayaq üstə oyunu izləyən insanları görəndə xəcalət çəkdim. Təəssüf ki, onlara oturmaq üçün yer yox idi. Bu barədə “Sumqayıt” rəhbərliyi ilə söhbətimiz olacaq.
 
- PFL-in belə bir səlahiyyəti var ki, komandalar stadionda oturacaqların sayını artırmaq üçün şərt qoysun?
- İnşallah nəsə edəcəyik. Klublardan borclarımızı yığsaq, tribunanı həmin “Sumqayıt” azarkeşlərinə hədiyyə edəcəyik.
 
- Klublara verilən möhlət nə vaxt bitəcək?
- Gərək yalan danışmayaq. Sənəd üzərindədir (gülür).
 
- Yəni verməsələr, problem yoxdur?
- Bütün dünyada maliyyə problemi var. Klubları sıxa bilmərik.
 
- Bəs PFL necə dolanır?
- Sağ olsun, sizi kimi qardaşlardan (gülür).
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right