"Bir oyuna sığmayacaq qədər hücumlar etdik" - Samir Abasov

“İlk oyunun belə gərgin keçəcəyini düşünmürdük. Yaxşı motivasiyamız var idi, Sumqayıtda hamı bu oyundan danışırdı”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

“Kimyaçılar” Azərbaycan Premyer Liqasının I turunda öz meydanında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Məncə, oyuna yaxşı başlamadıq. Düşünürəm ki, rəqibin vurduğu qol komandanı bir qədər həyəcənlandırdı. Bir oyuna sığmayacaq qədər hücumlar etdik. Çalışacağıq ki, bundan sonrakı oyunlarda da belə hücumlar edək və bunlardan yararlanaq”.

- Komanda hücumda yaxşı çıxış edə bilmir. Bu, nə ilə əlaqədardı?

- Əksinə,  yaxşı hücumçularımız var. Bu gün şanslardan yararlana bilməməyimizi bəxtlə əlaqələndirirəm. Ümid edirəm ki, bundan sonrakı oyunlarda belə səhvlər etməyək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right