"Fiziki durumum 90 dəqiqə oynamağa imkan vermir" "Səbail"in futbolçusu

"Bilirdik ki, “Zirə” oyunun əvvəlində təzyiq edəcək. Təəssüf ki, erkən qollar buraxdıq və bu təzyiqə tab gətirmədik. Ancaq ikinci hissədə gördüyünüz kimi, xeyli şanslarımız oldu. Fikirləşirəm ki, “Səbail” ilk oyuna görə Premyer Liqa üçün pis oyun sərgiləmədi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Səbail"iin futbolçusu Amit Quluzadə deyib. 

Bayıl təmsilçisi Azərbaycan Premyer Liqasının birinci turunda səfərdə "Zirə" ilə qarşılaşıb və məğlub olub - 2:1.  

Oyundan sonra açıqlama verən yarımmüdafiəçisi fikirlərini bildirib: “Səbail” yeni yaranmış komandadır. 2 ay olar ki, yığılmışıq. Hələ özümüzə gəlmək üçün 5-6 tur vaxt lazımdır. Oyundan-oyuna güclənə bilərik".

O, start heyətdə olmamasına belə aydınlıq gətirib: "Düzdür. Sadəcə, komanda 2 aydır məşq edir. Mən isə daha sonradan kollektivə qoşulmuşam. Fiziki durumum 90 dəqiqə oynamağa imkan vermir. Özümə gəlim, komandama kömək edəcəm.

Quluzadə komandanın yaxşı oyun göstərməsinin əsas hədəf olduğunu bildirib: "Əsas hədəfimiz yaxşı oynamaq və çempionatdakı yerimizi qorumaqdır. Ümid edirik ki, bunu bacaracağıq". 

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right