Zirədə gərginlik FOTO

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Zirə” – “Səbail” oyununda gərginlik yaşanıb.

Newsport.az-ın məlumatına görə, gərginlik meydan sahiblərinin futbolçusu Vüqa Mustafayevlə qonaqların hücumçusu Nurlan Novruzov arasında baş verib. Top uğrunda mübarizədən sonra aqressivləşən və bir-birinin üzərinə yeriyən oyunçuları baş məşqçilər Samir Əliyevlə Ayxan Abbasov və digər oyunçular sakitləşdirib. Sonradan matçın baş hakimi Rəhim Həsənov tərəfləri barışdırıb.

Qeyd edək ki, Nurlan Novruzov bundan öncəki iki mövsümü “Zirə”də keçirib.

Komanda.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right