"Məqsədimiz yüksək liqada yerimizi qorumaqdı" - Samir Əliyev

Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “Zirə”yə uduzan (1:2) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə,, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Komanda sıfırdan yığılıb. Bu gün bir ay oldu ki bir yerdəyik. Avroliqada oynamış komandaya qarşı çıxış etdik. Qorxurduq ki, ilk 10-15 dəqiqədə qol buraxaq. Qorxduğumuz başımıza gəldi. Sonradan toparlanaraq, bir neçə qol vəziyyəti yaratsaq da, istifadə edə bilmədik.

- Müdafiədə boşluqlar var idi. Bu boşluqları doldurmaq üçün yeni oyunçular alına bilər?

- Boşluqların olması normaldı. Çünki yeni komandadı. Həm də müdafiədəki oyunçuların çoxunun 20-21 yaşı var. Hazırda heyətdə 25-26 futbolçu var. 

- Bu gün bir az aqressiv görünürdüz. Əvvəllər “Neftçi”də çalışanda belə deyildiz. 

- Düzdü, bir az aqressiv idim. Çalışacam gələn oyunlarda belə olmasın. Əlimizdən gələni edəcəyik ki, heyətdə olan futbolçulardan maksimum istifadə edək.

- “Səbail”in məqsədi nədi?

- Bu mövsüm əsas məqsədimiz yüksək liqada yerimizi qorumaqdı. Növbəti mövsümdən sonra isə yüksək yerlər uğrunda mübarizə aparmaq. Bu il də mövsümün gedişindən asılı olaraq məqsədimiz dəyişə bilər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right